This is a specific ad

Rəsmi İrəvan Bakının dəvətini qəbul edəcəkmi?!

122

Another advertisement
Paşinyan COP29-da ölkəsinin iştirakı məsələsinə avqustda aydınlıq gətirəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.
“Biz Ermənistan baş nazirinin Bakıya gedərək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq”, – məlumatda bildirilib.
Kateqoriya: Dünya
Sonrakı yazı
DTX Bidzina İvanişviliyə qarşı sui-qəsdin təşkil edilməsi ilə bağlı məlumat yayır
Öncəki yazı
Tramp Netanyahunu evində qəbul edəcəyini açıqlayıb