Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Onların sözlərinə görə, telefon danışığında Türkiyə və Ukrayna arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.
Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpası istəyinin son dərəcə əhəmiyyətli olduğunu qeyd edən prezident Ərdoğan Türkiyənin prosesin bütün mərhələlərində lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib.
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, prezident Ərdoğan bildirib ki, Türkiyə sülh danışıqları üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etməkdən məmnun olacaq.
“Prezident Ərdoğan hərtərəfli atəşkəsin sülh danışıqları üçün lazımi mühiti yaradacağını vurğulayaraq əlavə edib ki, indi açılmış fürsət pəncərəsi qaçırılmamalıdır”, – məlumatda deyilir.