This is a specific ad

Rüşvətxorluq faktları üzrə iki məmur saxlanılıb

83

Another advertisement

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən 2023-cü ilin aprelində rüşvətxorluq faktları üzrə Milli Meşə Agentliyinin İmereti və Samtsxe-Cavaxeti meşə təsərrüfatı xidmətinin iki əməkdaşı saxlanılıb.

Qafqaztürk xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə meşə massivlərindən torpaqların münbit qatını icazəsiz çıxarmaq müqabilində vətəndaşlardan rüşvət tələb ediblər

Sözü gedən hallar Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə araşdırılır və 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Öncəki yazı
Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın vacibliyini vurğulayıb