Rustavinin universitet şəhəri olmaq, Tbilisi ilə metro xətti vasitəsilə sıx bağlı olmaq potensialı var.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Qvaramiya Rustavi ofisinin açılışında bildirib.
O qeyd edib ki, Rustavi ənənəvi olaraq tənqidi və müxalif şəhərdir, Rustavidə inanılmaz dərəcədə savadlı gənclər yaşayır,
Tbilisidə çoxlu sayda Rustavidən olan gənclər işləyirlər, təəssüf ki, burada onlar üçün iş imkanları yoxdur, biz Rustavidə iclasımızı keçirdik ki, Rustavinin böyük potensiala malik Gürcüstanın simvolu olduğunu dilə gətirək.
“Mənim bu şəhərə xüsusi münasibətim var. Buradakı insanlara, gənclərə kömək etmək istəyirəm. Rustavinin universitet şəhəri olmaq, Tbilisi ilə metro xətti və dəmir yolu əlaqəsi ilə sıx bağlı olmaq potensialı var. İkinci ən böyük şəhərin gəncləri saxlamaqda, zəhmətkeş kişi və qadınları mühacirət etmədən yerli işlərlə təmin etmək kimi problemi ola bilməz.
Rustavi zavod şəhəridir, sənaye şəhəridir, lakin bu o demək deyil ki, insanların həyatı təhlükədədir. Rustavi mədəniyyət şəhəridir və bütün bunlar bərpa olunmalıdır, ən əsası Rustavi gənclər üçün maraqlı şəhərə çevrilməlidir. Təkcə iqtisadi şəhər kimi deyil, tam və maraqlı bir şəhər kimi,” -deyə Qvaramiya vurğulayıb.