Rustavidə qətl – 2 nəfər həbs edilib

97

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları, operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, qəsdən adam öldürməyə cəhd və zorakılıq faktına görə əvvəllər məhkum olunmuş iki şəxsi – 1977-ci il təvəllüdlü Z.E. və 1991-ci il təvəllüdlü N.N.-ni saxlayıblar.

Nazirliyin açıqlamasına görə, törədilmiş cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilənlər Rustavida gündəlik mübahisə zəminində 1976-cı il təvəllüdlü T.K.-yə əvvəlcə fiziki zor tətbiq ediblər. Bu zaman Z.E. bıçaqla mədəyə və ayağa xəsarət yetirib, sonra isə hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları Z.E. və N.N.-ni hadisədən qısa müddət sonra saxlayıblar. Yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 126-cı maddələri üzrə davam etdirilir”, – məlumatda qeyd olunur.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Parlament Komitələrində Seçkiöncəsi Dövrdə Vəzifəlilərin Dinlənilməsi Tamamilə Dayandırılıb
Öncəki yazı
Papuaşvili : Almaniyanın səfiri Piter Fişerin məsləhətləşmələr üçün geri çağırılması iki ölkə arasında münasibətlərin “yenidən düzəlməsinə” siqnalıdır.