This is a specific ad

Rustavidə 8 Avqust müharibəsinin qurbanları yad edildi

48

Another advertisement

Dünən, Rustavi şəhərində 8 Avqust müharibəsinin qurbanları yad edilib.

QafqazTürk.com xəbər verir ki, mərasimdə Rustavi bələdiyyəsinin əməkdaşları, Abxaziya və 8 Avqust müharibələrinin iştirakçıları, Rustavi Veteranlar Təşkilatının sədri Levan Qoqolauri və Gürcüstan Azərbaycanlıları Konqresinin üzvü Tengiz Məmmədov da iştirak edirdi.

Mərasim iştirakçıları 8 Avqust abidəsinin qarşısına əklil qoyaraq müharibə qurbanlarını ehtiramla yad etdilər.

Qeyd edək ki, 2008-ci ildə Rusiyanın müdaxiləsi nəticəsində 228 mülki gürcü və 14 polis həlak olub, 1747 nəfər yaralanıb. Demək olar ki, 150 min insan məcburi şəkildə evlərini tərk etmiş, onlardan 30 mini bu günə qədər məcburi köçkün olaraq qalmaqdadır.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
ჰორმონოთერაპია, ქიმიოთერაპია, სხივური თერაპია და მედიკამენტები, ქვეყნის მასშტაბით, ყველა ონკოლოგიურ პაციენტს დაუფინანსდება
Öncəki yazı
Xərçəng xəstələrinin bu terapiyaları və dərmanlar dövlət proqramı ilə maliyyələşdiriləcək