Rustavi meriyası sakinlərin xahişi ilə rayondaxili ictimai yerlərin inkişafını fəal şəkildə davam etdirir. 12-ci mikrorayonda əhalinin sifarişi ilə nəzərdə tutulmuş yeni istirahət məkanının tikintisi artıq başa çatdırılıb və Yeni il qabağı şam ağacları ilə bəzədilib.
“Rustavi sakinlərinin xahişi ilə biz rayondaxili ictimai yerlərin inkişafını davam etdiririk. Bu gün 12-ci mikrorayonda daha bir istirahət məkanının açılışını etdik. Məhəllə uşaqları üçün bəzədilmiş canlı yolka yeni meydanda xüsusi pozitiv ovqat yaradıb. Məhəllələrdə yolkaların birlikdə qurulması son illərdə yaratdığımız daha bir yaxşı ənənədir”, – deyə Rustavi meri Nino Latsabidze bildirib.
Qeyd edək ki, yeni çoxfunksiyalı məkanda idman meydançası, uşaq attraksionları, idman və sağlamlıq, istirahət və yaşıllıq zolaqları var.