Another advertisement
Rustavidə qətl hadisəsi törədilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə Rustavidə yerləşən İstanbul bazar ərazisində baş verib.
1988-ci il təvəllüdlü Q.O. bazar ərazisində bir neçə dəfə atəş açıb.
Nəticədə 4 nəfər, o cümlədən cinayətkarın adıçəkilən bazarda işləyən əmilərindən biri ölüb, əmisi oğlu isə yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, orada müvafiq tibbi yardım göstərilib.
Hadisəni törədən Q.O. polis əməkdaşları tərəfindən saxlanılıb.