This is a specific ad

Rustavidə ödənişsiz kinolar nümayiş etdiriləcək

17

Another advertisement

QafqazTürk.com xəbər verir ki,Rustavidə “Oksigen Fest” festivalı çərçivəsində “Kino günləri 2023”ün açılışı olub.


Rustavi meriyasından verilən məlumata görə, Rustavi Mərkəzi Parkında, tarixi qəsrin ərazisində təşkil olunmuş festival məkanında tamaşaçılar üç gün ərzində qısa və tammetrajlı gürcü filmlərini pulsuz izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki,Oxygen Fest iyulun 1-də açıldı və iyulun 9-dək davam edəcək. Festivalın məqsədi Rustavidə ekoloji cəhətdən təmiz mühitin yaradılmasını təşviq etmək və parkı tanıtmaq, eləcə də hər yaşda olan insanların istirahət edə, əylənə, maraqlı musiqi və sevimli sənətçilərə qulaq asa biləcəyi festival məkanını təşkil etməkdir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Kaladze: “Müxalifətə hər zaman başqa ölkələrin maraqlarını təmin etməyə çalışırlar”
Öncəki yazı
2023-2024-cü tədris ilindən II sinifə yeni icbari fənn daxil edilib