Rustavidə qətl hadisəsi – 4 ölü, 1 yaralı

22

Rustavidə qətl hadisəsi törədilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Rustavidə yerləşən İstanbul bazar ərazisində baş verib.

1988-ci il təvəllüdlü Q.O.  bazar ərazisində bir neçə dəfə atəş açıb.

Nəticədə 4 nəfər, o cümlədən cinayətkarın adıçəkilən bazarda işləyən əmilərindən biri ölüb, əmisi oğlu isə yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, orada müvafiq tibbi yardım göstərilib.

Hadisəni törədən Q.O. polis əməkdaşları tərəfindən saxlanılıb.

7
12
Kateqoriya: Kriminal
Sonrakı yazı
Ge●Az საქართველოს პრემიერ-მინისტრ ირაკლი კობახიძესა და აზერბაიჯანის პრეზიდენტ ილჰამ ალიევ შორის სატელეფონო საუბარი შედგა
Öncəki yazı
ასტროლოგის გაფრთხილება – რა გველის 10 თებერვლის შემდეგ