Rustavidə 10 min lariyə qədər pulun oğurlanmasına cəhd edilib.
QafqazTürk “İnfo Rustavi”yə istinadən xəbər verir ki, Rustavidə, XVII mikrorayonda yerləşən mebel mağazasına yaşı 25-dən az olan şəxs daxil olub. O, kassada heç kimin olmadığı anı gözləyib və bundan sonra pulu oğurlamağa cəhd edib. Pul oğurluğu faktını mağaza işçisi görüb və şəxsə pulu götürməyə imkan verməyib.
Hadisə yerinə dərhal polis çağırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi şübhəli şəxs qismində saxlayıblar.
Mövcud məlumata görə oğurlanmasına cəhd edilən məbləğ 10 min lari imiş.