This is a specific ad

Rustavi-Tbilisi yolunda avtomobil satıcıları aksiya keçirib

97

Another advertisement

Poniçalada avtomobil ticarəti ilə məşğul olan Gürcüstan vətəndaşları etiraz aksiyası keçiriblər.

QafqazTürk xəbər verir ki, etiraz əlaməti olaraq bir neçə dəqiqəlik Rustavi-Tbilisi avtomobil yolunu bağlayıblar.

“Azərbaycan hökuməti martın 29-dan sonra alınan, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin ölkəyə buraxılmayacağı barədə qanun qəbul edib. Bizə 30 gün vaxt verdilər.Biz avtomobilləri Yaponiyadan, Amerikadan sifariş etmişik, Gürcüstana gətirilməsi üçün 6-7 ay vaxt lazımdır. Azərbaycan hökuməti öz vətəndaşlarına aylarla vaxt verib. Biz Gürcüstan vətəndaşıyıq biz də Azərbaycana ümid edərək sifariş etmişik. Öz vətəndaşlarına vaxt verdikləri kimi bizə də vaxt verməlidirlər.Baş Nazirimiz Azərbaycana müraciət etsin ki, öz vətəndaşlarına vaxt verdikləri kimi, bizə də vaxt versinlər və yolda olan maşınları ölkəyə buraxsınlar. Hökumətdən xaiş edirik ki, bizə kömək etsin, səsimizi eşitsin”, – deyə avtomobil satıcılarından biri bildirib.

Aksiya iştirakçılarının dediklərinə görə, əks halda onlar minlərlə ABŞ dolları ziyan edəcəklər. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, köməklik göstərilməyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Hulusi Akar amerikalı həmkarı ilə telefon danışığı aparıb
Öncəki yazı
Sergey Lavrov Türkiyəyə səfər edib