This is a specific ad

Rustavi-Tbilisi yolunda ağır yol qəzası baş verib- bir nəfər ölüb

109

Another advertisement

Rustavi- Tbilisi yolunun Qara Təhlə hissəsində avtomobil qəzası baş verib.

QafqazTürk Media xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə yaşanıb.

Əldə olunan məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobil yol kənarında oturan yaşlı kişini vurub, ardınca başqa bir avtomobillə toqquşub. Nəticədə isə hər iki avtomobil  ağaca çırpılıb. Hadisə zamanı yşlı kişi yerindəcə dünyasını dəyişib.

Yerli sakinlər qeyd edirlər ki, yolun bu hissəsində tez-tez qəzalar baş verdiyinə görə, Qardabani bələdiyyəsinə dəfələrlə sürət məhdudlaşdırıcı qurğuların quraşdırılması tələb olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. İstintaq başladılıb.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib
Öncəki yazı
Cüdoçu Tato Qriqalaşvili Olimpiadanın yarımfinal mmərhələsindədir