Another advertisement
Rustavi-Tbilisi magistralının Poniçala hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
QafqazTürk.com xəbər verir ki, hadisəyə “Mercedes” markalı minik avtomobili ilə yük maşınının toqquşması səbəb olub.
Minik avtomobili idarə edən 19 yaşlı gənc xilasedicilərin köməyi ilə avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma (276-cı) maddəsi ilə cinayət işi başlanıb.