Rustavi- Qardabani avtomobil yolu yerli sakinlər tərəfindən bağlanılıb

111

Rustavi – Qardabani avtomobil yolunu yerli sakinlər bağlayıblar.

Nəticədə yolun İnşaatçılar küçəsi hissəsindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hər iki istiqamətdə çox sayda avtomobil dayanmaq məcburiyyətində qalıb.

Yerli sakinlər Rustavi şəhərindən bu istiqamət üzrə hərəkət edən şəhər avtobusunun fəaliyyətinin dayandırılmasına etiraz olaraq yolu bağladıqlarını bildirirlər. Tələbləri uzun müddətdir ki, mərkəzi yolda gedən təmir işlərinin tez zamanda başa çatdırılması və avtobusların öz marşrut xəttləri üzrə hərəkətlərini davam etdirməsidir.

Qeyd edək ki, əraziyə polislər cəlb olunub və vətəndaşlarla yolun açılması üçün danışıqlar aparılır.

Mənbə: Realnews.ge

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya prezidenti ilə görüşüb
Öncəki yazı
ABŞ Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb