Rustavi meriyası:Güclü yağış Rustaviyə ciddi ziyan vurmayıb

7

Rustavi meriyasının məlumatına görə, Rustavidə yağan güclü yağış ciddi fəsadlara səbəb olmayıb.

Onların məlumatına görə, Rustavi meriyası səhər saatlarından şəhərin küçələrində təmizlik işləri aparır.

Rustavi meriyasında qeyd edildiyi kimi, ötən illərdə şəhəri daşqınlardan qorumaq üçün tikilən drenaj kanalı 8 saata yaxın fasiləsiz yağan yağışa baxmayaraq, şəhərin küçələrini su basmaqdan qoruyub.

QafqazTürk.com xəbər verir ki,meriyanın müvafiq xidmətləri və “Rustav Xidmət Mərkəzi”nin əməkdaşları gecəboyu işləyib və hazırda Rustavi şəhərinin küçələrində və kanalizasiya şəbəkəsində təmizlik işləri aparırlar.

“Dünən gecə Rustaviyə yağan güclü yağış şəhərə ciddi ziyan vurmayıb. Meriyanın müvafiq xidmətləri gecə boyu işləyib və hazırda “Rustavi Mərkəzi”nin əməkdaşları ilə birlikdə işlərini davam etdirirlər. Revaz Qogidze , Rustavi Mərkəzinin rəhbəri bildirib.

0
0
Kateqoriya: Region
Sonrakı yazı
Xudu bəy Borçalı – XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanımız – TARİXİMİZİ UNUTMAYAQ!
Öncəki yazı
ქამრან აფანდიევი, მასწავლებლის ეროვნული ჯილდოს ათეულშია