Rustavi meriyası Tbilisiyə daha bir bələdiyyə avtobusu xəttini işə salıb. Beşinci marşrut üzrə bələdiyyə nəqliyyatı Çkondideli rayonundan Tbilisi Dəmiryol Vağzalına qədər hərəkət edəcək.
“Rustavi Card”, “Saqartvelo ” və ya “TBC Bank” kartları ilə gediş haqqını ödəmək mümkündür.
Tələbələr üçün müavinət paketi təqdim olunur. Əlillər üçün səyahət pulsuzdur.