Rustaveli prospektində etiraz aksiyası davam edir – yol bağlanıb

57

Etiraz aksiyası parlamentin yaxınlığında davam edir.

Kaşue yaxınlığında toplaşan etirazçılar magistral yolu zəbt ediblər. Bundan əvvəl İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin ərazisindən etiraz yürüşü parlamentin yaxınlığında keçirilən aksiya iştirakçılarına qoşulub. Həmçinin İctimai Yayımçının yanında toplaşanlar Rustaveli prospektində etiraz aksiyası iştirakçılarına səssiz yürüşlə qoşulublar.

Vətəndaşlar 81-ci gündür ki, Rustaveli prospektində dəyişməz tələblərlə – yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı saxlanılanların azadlığa buraxılması tələbləri ilə toplaşır və etiraz aksiyası keçirirlər.

Sonrakı yazı
Finlandiya prezidenti Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün lazım olan üç addımın adını çəkib
Öncəki yazı
Gürcüstan-Türkiyə sərhədində qeyri-adi hadisə: Dəyəri 50 mindən çox olan tısbağalar ələ keçirilib