This is a specific ad

Rustaveli prospektində aksiya davam edir

34

Another advertisement

Aksiya Rustaveli prospektində davam edir. Vətəndaşlar artıq 16-cı gündür ki, hökumətin qərarına etiraz edirlər.

Bu gün paytaxtın bir neçə nöqtəsində toplaşaraq Rustaveli prospektinə yürüş edən müxtəlif sahələrdən və peşələrdən olan insanlar Parlamentin yaxınlığında toplaşıb.

Paytaxtda etiraz aksiyaları və yürüşlər səhər saatlarından davam edir. Müxtəlif yerlərdə toplaşan etirazçılar yolları bağlayıblar.

Daha dəqiq desək, İT, HR, təlimçilər, maliyyə nümayəndələri, marketoloqlar, psixoloqlar, hüquqşünaslar, musiqiçilər və digər peşələrin nümayəndələri gün ərzində müxtəlif yerlərdə aksiyalar keçirib;

Hazırda Rustaveli prospekti bağlıdır.

Məlumat üçün bildirək ki, irimiqyaslı aksiyalara noyabrın 28-də “Gürcü Arzusu”nun Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməməsi səbəb olub.

Sonrakı yazı
Vətəndaşlar parlamentin önündə etiraz əlaməti olaraq top oynayırlar
Öncəki yazı
“Mən heç yerə getmirəm”-Salome Zurabişvili