Rustaveli prospektində nənə və babaların aksiyası keçirilir. Onlar parlament binasına doğru yürüş edirlər. Magistral yolun bir hissəsini bağlayıblar.
QafqazTürk Media xəbər verir ki, mitinq iştirakçıları əllərində “Babaya heç vaxt “Deduşka” deyilməyəcək”, “Nənəyə heç vaxt “Babuşka” deməyəcək”, “Rejim məhbuslarına – bizim nəvələrimizə azadlıq”, “Nəvələr Avropanın keşiyindədir” plakatları tutublar.
Necə deyərlər, Avropanı istəyirlər və övladlarının nəsli üçün edə bilmədiklərini nəvə nəsli üçün etməlidirlər.
Bundan əlavə, mitinq iştirakçılarından biri İzolda Çumburidzenin dediyinə əsasən, onlar yeni seçkilərin keçirilməsini və məhbusların azad edilməsini tələb edirlər.
“Yaşlı nəsil həmişə müdrikliyin simvolu olub. Bu işin avanqardında valideynlər, nənələr, babalar olmalıdır. Qəzəb bizi bu gün bura çıxartdı. Biz deyirik ki, yeni seçkilər keçirilsin, məhbuslar, nəvələrimiz azadlığa buraxılsın. Bu, bizi bu gün ortaya çıxardı”, – İzolda Çumburidze bildirib.