Rustaveli prospektində keçirilən aksiyanın gedişatında ictimai asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları əraziyə cəlb olunublar.
Nazirliyin əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, aksiya iştirakçıları avtomobil hərəkətini məhdudlaşdırmaqdan imtina etməyib və polisin qanuni tələbinə tabe olmayıb.
Nəticədə, inzibati xətalar məcəlləsinə uyğun olaraq, 16 nəfər saxlanılıb.
DİN aksiya iştirakçılarını nəqliyyatın hərəkət hissəsində toplaşmaq cəhdlərini dayandırmağa və etirazlarını qanunla müəyyən olunmuş çərçivədə ifadə etməyə çağırır.
Qurumun açıqlamasına görə, hər bir hüquqpozma faktına polis tərəfindən qanuni reaksiya veriləcək.