Rustaveli prospektində bu gün etiraz aksiyası keçiriləcək.
Bu gün, oktyabrın 4-də Rustaveli prospektində növbəti kütləvi etiraz aksiyası baş tutacaq. Aksiya iştirakçılarının saat 16:00-dan etibarən prospektdə toplaşacağı bildirilib.
Etirazlar öncəsi saat 15:00-da Tbilisi Dövlət Universitetinin (TDU) 1-ci korpusundan tələbə yürüşünün başlanacağı da açıqlanıb.
“Rustaveli prospekti” hərəkatının təsisçisi Paata Burçuladze sosial şəbəkə üzərindən vətəndaşlara çağırış edərək aksiyaya qoşulmağa səsləyib:
“Saat 16:00-da Vətənə xidmətdə, hamı Rustavelidə!” – deyə o bildirib.
Rustaveli prospektində keçirilən etiraz aksiyaları artıq 311 gündür davam edir. Etirazçılar yeni seçkilərin təyin olunmasını və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.