This is a specific ad

Rustaveli prospektində aksiya davam edir

87

Another advertisement

Aksiya Rustaveli prospektində yenidən başlayıb. Etirazçılar bir aydan çoxdur ki, Rustaveli prospektində hər gün toplaşır.

Aksiya ilə əlaqədar Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan əlavə, bu gün BTU-nun tələbələri, məzunları və müəllimləri Rustaveli prospektində toplaşanlara Vake parkından mitinqlə qoşulublar.

Günün əvvəlində mitinq iştirakçıları Orbeliani sarayının yaxınlığında toplaşıb, burada Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin çıxışını dinləyiblər.

Salome Zurabişvili Orbeliani sarayını tərk etdikdən sonra mitinq iştirakçıları Rustveli prospektinə keçərək, seçki şurası tərəfindən Gürcüstanın prezidenti seçilən Mixail Kavelaşvilinin andiçmə mərasiminə etiraz ediblər.

Kavelaşvili inauqurasiya andı içdikdən sonra polis qüvvələri aksiyanın bir neçə iştirakçısını həbs edib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mitinqin altı iştirakçısının hamısı sonradan imza əsasında sərbəst buraxılıb.

Sonrakı yazı
Daha bir təyyarə qəzası baş verib-Dünyada nə baş verir?
Öncəki yazı
Yeni ildə yeni ümidlərlə!