Ruslar Kursk vilayətində əsir götürdükləri 9 Ukrayna əsgərini güllələyib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukraynanın “Deepstate” media layihəsi və ölkənin ombudsmanı Dmitri Lubinets bildirib.
Deepstate-in məlumatına görə, ukraynalı məhbuslar Zelioni Şlyax qəsəbəsi ərazisində güllələnib.
Ukrayna Ombudsmanı Dmitri Lubinets qeyd edib ki, bu cür hərəkətlər hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
“Bir daha BMT-yə və Beynəlxalq Qızıl Xaç Komitəsinə rusların törətdiyi daha bir cinayətlə bağlı məktublar göndərdim. Bu hərəkətlər cəzasız qalmamalı və düşmən bütün məsuliyyəti öz üzərinə götürməlidir. Rusiya bütün müharibə qaydalarını pozan terrorçu ölkədir. Beynəlxalq ictimaiyyət bu cür cinayətlərə göz yummamalıdır!”, – deyə Ukrayna Ombudsmanı bildirib.