This is a specific ad

Rusiyanın Xarkova dron hücumunda Ukrayna Ali Məhkəməsinin hakimi dünyasını dəyişib

254

Another advertisement

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kozaça Lopan qəsəbəsinə dron hücumu nəticəsində respublikanın Ali Məhkəməsinin hakimi dünyasını dəyişib.

QafqazTürk Media xəbər verir ki, bu barədə  Xarkov vilayət prokurorluğu məlumat yayıb.

Mövcud məlumata əsasən, hücum sentyabrın 28-də yerli vaxtla 13:00 radələrində baş tutub.

Xarkov vilayət prokurorluğu məlumatı təsdiqləyərək ölən şəxsin Ali Məhkəmə hakimi olduğunu açıqlayıb. Prokurorluq hakimin yerli sakinlərə humanitar yardım daşıdığını diqqətə çatdırıb.

Daha sonra Ali Məhkəmə həlak olan şəxsin 61 yaşlı Leonid Loboyko olduğunu bildirib. O, Ali Məhkəmənin Kassasiya cinayət məhkəməsinin hakimi olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
Öncəki yazı
Bir söz ətrafında fırfıra kimi fırlanmaq-Araşdırma