Rusiyanın Ukraynaya kütləvi raket hücumu: Ölənlər, itkin düşənlər, yaralılar var, yüz minlərlə insan… –

0

Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirib.

Nəticədə üç nəfər ölüb, 13 nəfər yaralanıb, ən azı üç nəfər itkin düşüb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Kuleba özünün “Telegram” kanalında məlumat verib.

“Təəssüf ki, qurbanlar var. Üç nəfər ölüb – ikisi Xmelnitski vilayətində, biri isə Zaporojyedə. Ən azı üç nəfər itkin düşüb. Hazırda olan məlumata görə, 13 nəfər yaralanıb. Həmçinin mülki evlərə ziyan dəyib”, – deyə Kuleba bildirib.

O qeyd edib ki, hücum zamanı Rusiya Ukraynanın Odessa, İvano-Frankovsk, Lvov, Dnepropetrovsk, Xarkov, Zaporojye, Kirovoqrad, Xmelnitski, Vinnitsa, Sumskaya vilayətlərinə 150-dən çox “Shahed” və raket zərbələri endirib.

Aleksey Kuleba əlavə edib ki, yüz minlərlə ev müvəqqəti olaraq işıqsız qalıb.

Onun sözlərinə görə, xüsusilə Dnepr çayının sol sahilində vəziyyət ağırdır.

Bildirib ki, Dnepropetrovsk vilayətində istilik təchizatında fasilələr yaranıb.

“Kamenski, Krivoy Roq, Pavloqrad bölgələrində ümumilikdə 250 mindən çox abunəçi işıqsız qalıb. Elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır”, – deyə Kuleba vurğulayıb.

O qeyd edib ki, Zaporojyedə də zərbələr səbəbindən elektrik enerjisinin verilməsində kəsilmələr yaşanır.

Eyni zamanda Odessa vilayətində 200 min abonent, Poltava vilayətində 110 minə yaxın abonent işıqsız qalıb.

0
0
Sonrakı yazı
Rusiyadan LGBT hərəkatına zərbə
Öncəki yazı
Marneulidə Novruz bayramı