Gürcüstan vətəndaşlığını almaq üçün gürcü dili, tarixi və hüququn əsasları üzrə testlərdən keçmək lazımdır.
QafqazTürk.com xəbər verir ki,Gürcüstan prezidenti Salome Zurabişvilinin parlamentin sorğusuna cavab olaraq verdiyi məlumata görə, 2022-ci il fevralın 22-dən 2023-cü il iyulun 17-dək olan müddətdə 2952 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığını qəbul edib, 3071 nəfər isə Gürcüstan vətəndaşlığını bərpa edib.
Administrasiyanın məlumatına görə, istisna olaraq 2564 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığı alıb, onlardan 2530-u əslən Gürcüstandan, 11-i isə idman, elm və incəsənət sahəsində xidmətləri var.
Həmin dövrdə daha beş Rusiya vətəndaşı normal rejimlə, 15-i sadələşdirilmiş rejimlə, 8-i isə xüsusi rejimlə Gürcüstan vətəndaşlığı alıb.