This is a specific ad

Rusiyanın işğal etdiyi Sevastopolda neft anbarında yanğın baş verib

42

Another advertisement

Rusiyanın işğal etdiyi Sevastopolda, pilotsuz uçuş aparatının hücumu nəticəsində, neft anbarında yanğın baş verib.

Şəhərin qubernatoru, Mixail Razvojaevin dediyinə görə, hadisə bu gün səhər saatlarında Kazak körfəzi yaxınlığında baş verib. Yanğın anbarın iki müxtəlif yerində, təxminən min kvadrat metr sahədə meydana gəlib.

Dörd neft tankeri yanaraq yararsız vəziyyətə düşüb. Qeyd edək ki, hadisə nəticəsində insan təlafatı olmayıb.

Sonrakı yazı
Sudanda vəziyyət stabilləşir – BMT
Öncəki yazı
Çxaidze: Mixail Saakaşvili üçüncü həkimdən də imtina edib