Another advertisement
Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Qafqaztürk.com xəbər verir ki, bu məlumatı “Kavkazski uzel” yayıb.
Etirazçıların fikrincə, Rusiya hakimiyyəti Dağlıq Qarabağ sakinlərinə verdiyi vədi yerinə yetirməli və Laçın dəhlizinin açılması üçün əlindən gələni etməlidir.
“Dağlıq Qarabağda yanacaq, dərman və ilkin istehlak məhsulları çatışmazlığı var ki, bu da Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ilə bağlıdır. Biz Rusiya səfirinə müraciət edərək BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının çağırılmasını və BMT-nin Beynəlxalq Məhkəməsinin Laçın dəhlizinin qarşısının alınması ilə bağlı qərarını təmin etməsini xahiş edirik”, – müraciətdə deyilir.