Another advertisement
2008 ci ildə baş vermiş və 5 gün davam etmiş Rusiyanın Gürcüstana qarşı işğalçı müdaxiləsindən 16 il keçir.
QafqazTürk Media xəbər verir ki, bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun rəhbərliyi ilə GAK və QafqazTürk Medianın əməkdaşları ənənəvi olaraq Marneulidə 5 günlük müharibədə həlak olanların xatirəsinə ucaldılmış memorial- kompleksə əklil qoyublar.
Xatırladaq ki, 16 il əvvəl Rusiya ordusu Gürcüstan qoşunları ilə Cənubi Osetiya separatçıları arasında silahlı toqquşmalara müdaxilə etmək üçün Gürcüstan ərazisinə daxil olmuşdu. Bu müharibə həm də XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq tanınır.
Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müdafiəçilərinin torpağı nurlu olsun!