Rusiyanın “Yamal Hava Yolları” və “Red Wings” aviaşirkətləri Rusiyanın Tümen şəhərindən Gürcüstanın iki şəhərinə uçacaq.
QafqazTürk.com xəbər verir ki,Rusiya mətbuatı bu barədə Federal Hava Nəqliyyatı Agentliyinə istinadən məlumat yayıb.
Red Wings, Tümendən Tbilisi və Kutaisiyə gündəlik, Yamal isə həftədə bir dəfə Tbilisiyə uçuşlar həyata keçirəcək.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Rusiyadan Gürcüstana həftəlik 284 uçuşa icazə verib.Məlumata görə,Gürcüstan hakimiyyəti hələlik yeni uçuşlara icazə verməyib.
Qeyd edək ki,Rusiya prezidenti Vladimir Putin mayın 10-da Gürcüstan vətəndaşları üçün viza rejimini və Rusiya aviaşirkətləri üçün Gürcüstana birbaşa uçuş qadağasını ləğv edib.Qərar 2023-cü il mayın 15-dən qüvvəyə minib.