This is a specific ad

Rusiyalıların ən çox səfər etdiyi ölkələrin siyahısı açıqlanıb

52

Another advertisement

Bu ilin doqquz ayı ərzində Rusiya vətəndaşları xaricə bir il əvvələ nisbətən 20% çox səfər edib.

Qafqaztürk xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin statistikasında bildirilib.

Qeyd olunub ki, Finlandiya rusiyalıların ən populyar səyahət istiqamətləri onluğuna daxil olan yeganə Avropa ölkəsidir.

Məlum olub ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşları xaricə 21 milyon səfər edib, Bu il xaricə səfərlərin sayı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 20% çox olub. Həmin dövrdə sərhəd xidməti 17,4 milyon səfər qeydə alıb.

Statistikaya görə, rusiyalıların 2023-cü ilin doqquz ayında ən çox səyahət etdikləri istiqamətlər arasında həm qonşu ölkələr, həm də məşhur istirahət yerləri – Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Tayland kimi ölkələr qərarlaşıb. Siyahıda ilk yeri tanınmamış Abxaziya Respublikası tutub. İkinci yerdə Türkiyə, üçüncü yerdə isə Qazaxıstan qərarlaşıb.

Sonrakı yerləri isə müvafiq olaraq BƏƏ, Misir, Ermənistan, Gürcüstan, Tayland, Çin və Finlandiya tutub.Qeyd edək ki, statistika aparılarkən bütün məqsədlər üçün- iş, turizm, şəxsi, iş səfərləri nəzərə alınıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İstinad qiyməti tətbiq edilən dərman vasitələrinin yeni siyahısı açıqlandı
Öncəki yazı
Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirib