This is a specific ad

Rusiyalı politoloq: “Paşinyan “humanitar böhran” görüntüsü yaratmağa çalışır”

59

Another advertisement

“Ermənistanın baş naziri Nikol Paşinyan Ağdamdan keçən yolun olduğunu nəzərə almayaraq, Laçın yolunun “blokadada” olduğunu elan etməklə “humanitar böhran” görüntüsü yaratmağa çalışır”.

QafqazTürk  “Report”-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Bütün yüklər Ağdam vasitəsilə Qarabağa təhlükəsiz çatdırıla bilər və Azərbaycan bundan heç vaxt imtina etməyib. Amma bu, Paşinyanın maraqlarına uyğun deyil. Odur ki, o, bu vəziyyətdən istifadə edərək mətbuatda hay-küy salmağa çalışır. Lakin güman ki bu da heç bir konkret nəticə verməyəcək. Axı hər kəs anlayır ki, bu, Azərbaycanın ərazisidir və ona nəzarəti də məhz Azərbaycan həyata keçirməlidir”, – o vurğulayıb.

Politoloq qeyd edib ki, Ermənistanın Laçın yolu ətrafında vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciəti yalnız xarici dövlətlərin diqqətini cəlb etmək məqsədi daşıyır: “Ermənistan həqiqətən də xarici ölkələrin diqqətini cəlb etmək istəyir. Bunun real nəticə verməyəcəyini anlasa da, BMT-yə müraciət etmək ideyası irəli sürüb. Lakin bu, Paşinyanın özü üçün ölkə daxilində yaxşı piar kampaniyasına çevriləcək. Bu həm də onun siyasi imicinə necə önəm verdiyinin sübutudur. Belə ki, o, bütün üsullardan istifadə edərək avropalı həmkarlarına Moskvanın deyil, məhz onların köməyinə ümid bəslədiyini nümayiş etdirməyə çalışır”.

Sonrakı yazı
Şoyqu: Ukraynanın hərbi resursları, demək olar, tükənib – ƏTRAFLI
Öncəki yazı
Kondisionersiz evdə istidən xilas olmağın sadə üsulları