This is a specific ad

Rusiyalı müxalifətçi Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib

101

vladimir-kara-murza
Another advertisement

Rusiyalı müxalifət fəalı Vladimir Kara-Murza Rusiyada vətənə xəyanətdə və Rusiyanın Ukraynadakı müharibəsini tənqid etdiyinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Vladimir Kara-Murza ittihamları rədd edir və məhkəmənin qərarını açıq şəkildə tənqid edir. Keçən həftə Moskva məhkəməsində o, “Dediyim hər sözü imzalayıram. Nəinki peşman deyiləm, dediklərimlə fəxr edirəm” deyib.

Xatırladaq ki, Putin rejiminə müxalif olan siyasətçi 2022-ci il aprelin 11-də həbs edilib. Ukraynada müharibə əleyhinə fikirlər səsləndirdikdən sonra o, “xarici agent” elan edilib və Rusiya silahlı qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham edilib.

Kara-Murza Britaniya və Rusiya vətəndaşıdır. O, 2015-ci ildə Moskvanın mərkəzində güllələnən müxalifət lideri Boris Nemtsovun ən yaxın köməkçisi olub.

Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin bəyanatı Azərbaycan mediyasında işıqlandırılıb
Öncəki yazı
Kara-Murzanın məhkəmə tərəfindən hökmü güc deyil, zəiflik əlamətidir – ABŞ-ın Moskvadakı səfiri