Rusiyadan Xarkova raket hücumu – Xəsarət alanlar arasında Gürcüstan vətəndaşı da var

1

Bu gün səhər saatlarında Rusiyanın Xarkova hücumu nəticəsində iki əcnəbi – Gürcüstan və Türkiyə vətəndaşları da daxil olmaqla 13 nəfər yaralanıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Xarkov rayon prokurorluğu məlumat yayıb.

“Rusiyanın Xarkova etdiyi roket hücumu nətciəsində 1 nəfər Türkiyə, 1 nəfər isə Gürcüstandan olan jurnalistlər olmaqla 13 nəfər yaralanıb”, – deyə prokurorluğun məlumatında bildirilib.

Məlumata əsasən, 10 nəfər xəstəxanadadır, 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Ukrayna Prokurorluğu müharibə qanunlarının və adətlərinin pozulması faktı ilə əlaqədar cinayət işi açıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Qoridə hərbi qulluqçunun meyiti tapılıb
Öncəki yazı
ილჰამ ალიევი: “საფრანგეთი არის ქვეყანა, რომელმაც იარაღით მოამარაგა სომხეთი და მოამზადა შემდგომი ომისთვის”