Another advertisement
Bu gün səhər saatlarında Rusiyanın Xarkova hücumu nəticəsində iki əcnəbi – Gürcüstan və Türkiyə vətəndaşları da daxil olmaqla 13 nəfər yaralanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Xarkov rayon prokurorluğu məlumat yayıb.
“Rusiyanın Xarkova etdiyi roket hücumu nətciəsində 1 nəfər Türkiyə, 1 nəfər isə Gürcüstandan olan jurnalistlər olmaqla 13 nəfər yaralanıb”, – deyə prokurorluğun məlumatında bildirilib.
Məlumata əsasən, 10 nəfər xəstəxanadadır, 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Ukrayna Prokurorluğu müharibə qanunlarının və adətlərinin pozulması faktı ilə əlaqədar cinayət işi açıb.