Rusiyada yeni səfərbərlik xofu başlayıb.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyada növbəti hərbi səfərbərlik ehtimalının çox müzakirə olunması hakimiyyəti narahat etməyə başlayıb. Bu da hakimiyyətin narahatlığına səbəb olub.
Təkziblərin şayiələrin qarşısını almadığı, əksinə, daha da gücləndirdiyi aydınlaşıb. Cəmiyyətdə belə bir yanaşma var ki, hakimiyyət təkzib edirsə, deməli, xəbər doğrudur. Xüsusilə 2024-cü ilin prezident seçkisi ərəfəsində səfərbərlik mövzusunun cəmiyyətdə yaratdığı həyəcan Moskvaya əl vermir: bu, insanların ovqatını təlx edən mövzudur. Bəzilərini hətta etiraza sövq edə, prezident Vladimir Putinin tərəfdarı olan seçicilərdən kimlərisə onun əleyhinə səs verməyə yönəldə bilər. Neçə vaxtdır Rusiyanın döyüşlərdə ağır itkilərə məruz qaldığı üçün daha bir neçə yüz min adamı hərbi səfərbərliyə cəlb edəcəyi barədə söz-söhbət dolaşır.