This is a specific ad

Rusiyada terror aktı zamanı 100 nəfərin həyatını xilas edən 15 yaşlı İslama bir milyon VERDİ

46

Another advertisement
Rusiyada terror aktı zamanı  “Crocus City Hall”ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb.
QafqazTürk.com  xəbər verir ki, o, insanlara yol göstərib, təlxiyyəyə rəhbərlik edib.
Yeniyetmə kütləni dar dəhlizdən keçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər.
İslamın dediyinə görə, fövqəladə hal hadisəsi ilə bağlı bütün inzibatçılara təlimatlar verilibmiş. O da təlimatlara əməl edib.
Bu gün Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviç İslamın hesabına bir milyon rubl köçürüb.
“Spartak”ın futbolçuları isə onu doğma stadionlarına dəvət edərək göstərdiyi qəhrəmanlığa görə təşəkkür ediblər.
İslam həmçinin Rusiya müsəlmanlarının “Xidmətə görə” medalı ilə təltif olunacaq.
İslam Media Futbol Liqasının bütün ulduzların xeyriyyə oyununda iştirak edəcək və əldə olunan pullar Crocus qurbanlarına yardıma gedəcək.
Kateqoriya: Dünya
Sonrakı yazı
Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır
Öncəki yazı
AVRO-2024-də final mərhələsinə vəsiqə qazanan sonuncu millilər müəyyənləşir