Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

84

Bu gün Rusiyanın Amur vilayətində An-24 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Axtarış-xilasetmə qrupları təyyarənin gövdəsini və bir sıra fraqmentləri aşkar ediblər.

Məlumata görə, təyyarədə ümumilikdə 43 sərnişin – o cümlədən 5 uşaq və 6 nəfərlik ekipaj heyəti olub.

Yerli KİV-in yazdığına görə, təyyaə Blagoveşçensk şəhərindən Tinda istiqamətində hərəkət edirdi. Uçuş zamanı ekipajla əlaqə birdən-birə kəsilib. Bildirilir ki, hava gedişatında bölgədəki ağır hidro-meteoroloji şərait səbəbilə reys gecikmə ilə havaya qalxıb.

Hadisənin səbəbləri araşdırılır.

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
25 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Gürcüstanın Baş naziri İsrailin səfiri ilə vida görüşü keçirib