This is a specific ad

Rusiyada həbs edilən amerikalı jurnalist cəsusluqda ittiham edilir.

111

Another advertisement

Rusiyada həbs edilən amerikalı jurnalist cəsusluqda ittiham edilir. “The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviç ABŞ-ın sifarişi ilə hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məxfi məlumatlar toplamaqda ittiham olunub. QafqazTürk xəbər verir ki, bu barədə rus yerli mətbuatı məlumat yayır.

Jurnalist Evan Qerşkoviç Rusiya istinqtaqının irəli sürdüyü ittihamları rədd edir və tez bir zamanda azadlığa buraxılmasını tələb edir. “The Wall Street Journal” media agentliyi və ABŞ rəhbərliyi də amerikalı jurnalistin qarşı sürülən ittihamları qəbul etməyərək, jurnalistin günahsız yerə tutulduğunu bildiriblər.

Jurnalist Evan Qerşkoviç ötən həftənin cümə axşamı günü Moskva məhkəməsi Evan Gerşkoviçi iki ay müddətinə, mayın 29-dək həbs edib. Günahı sübuta yetirilərsə, jurnalisti 20 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra ilk dəfədir ki, amerikalı jurnalist Rusiyada mühakimə olunur.

Sonrakı yazı
Təbrizdə “Nə oldu Paşinyan?” rəqsi… – VİDEO
Öncəki yazı
İran agentlərinin ifşası: Şeyx çətin durumda