Rusiyada cinsiyyət dəyişdirilməsi qadağan edildi

119

Rusiya Dövlət Duması ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunun yekun, üçüncü oxunuşunu qəbul edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə hökumətyönlü Rusiya KİV-i məlumat yayıb .

Qanuna əsasən, tibb işçilərinə insanın cinsiyyətinin dəyişdirilməsinə yönəlmiş tibbi müdaxilələr etmək qadağandır.

Buna yalnız “uşaqlarda anadangəlmə anomaliyalar” halında icazə veriləcək.

Ər-arvadın birinin və ya hər ikisinin “cinsiyyətini dəyişməsi” nikahın ləğvi üçün əsas olacaq. Cinsiyyətini dəyişmiş şəxslərin övladlığa götürülməsi qadağandır”, – qanunda deyilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Fidan Stoltenberqlə danışıqlar apardı
Öncəki yazı
Zelenski: “Yaxşı zirvə həm də yaxşı nəticələr verməlidir”