This is a specific ad

Rusiya XİN: NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır

66

Another advertisement

Şimali Atlantika Alyansı Rusiya sərhədləri boyunca kiberlaboratoriyalar şəbəkəsi yaradır.

QafqazTürk.com xəbər verir ki, bu fikirləri “RIA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru Artur Lyukmanov deyib.

Onun sözlərinə görə, bu laboratoriyalar Estoniya, Latviya, Finlandiya, Rumıniyada yaradılıb və bu siyahıya Gürcüstan və Moldova da əlavə edilə bilər.

“Pentaqonun himayəsi altında sistematik əsasda kiber təlimlər keçirilir və bu təlimlər zamanı rəqəmsal sahədə bizimlə qarşıdurma ssenariləri sınaqdan keçirilir”, – Lyukmanov qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər
Öncəki yazı
“Rus qanununa yox”- Tbilisidə yenidən genişmiqyaslı aksiya baş tutub