This is a specific ad

Rusiya vətəndaşları Batumi yaxınlığında yaşayış massivi tikməyi planlaşdırırlar – TI

76

Another advertisement

“Beynəlxalq Şəffalıq – Gürcüstan”(TI) təşkilatının məlumatına görə, Rusiya vətəndaşları Batumi şəhərinin Salibauri kəndində, 16 000 kv.m  ərazidə “Salibauri Hills” yaşayış massivinin tikintisini planlaşdırırlar.

TI-nin qiymətləndirməsinə görə, ruslar böyük ehtimal hakim partiya ilə korrupsiya sövdələşməsi yolu ilə yaşayış massivinin tikilməsinə icazə alıblar. 

“Layihə ilə bağlı şübhəli hallar onu göstərir ki, çox güman ki, Rusiya vətəndaşları Gürcüstan vətəndaşları vasitəsilə hakim partiyaya pul bağışlayıblar, bundan sonra tezliklə lazımi icazəni alıblar.

Söhbət 90%-i Rusiya vətəndaşlarına, Mareta Dolgieva və Maqomed Çabiyev məxsus olan “H Group Development” şirkətindən gedir. 25 noyabr 2022-ci ildə şirkətlə əlaqəsi olan iki Gürcüstan vətəndaşı – direktor Marina Dextyarev və Çabiyevin biznes ortağı Conni Jinçaradze hakim partiyaya ümumilikdə 40.000 lari ianə verib (onların ilk və yeganə siyasi ianəsi). İki həftə ərzində, dekabrın 12-də Xelvaçauri Şəhər Şurası layihənin ətraflı inkişaf planını yekdilliklə təsdiqləyib.

İanənin  verilməsi ilə icazənin verilməsi tarixlərinin yaxınlığı ianənin məqsədinin tikinti icazəsi almaq ola biləcəyinə dair şübhələr yaradır.” – TI bildirib.

Gürcüstan qanunvericiliyinə görə, xarici ölkə vətəndaşının siyasi ianə verməsi qadağandır. “Beynəlxalq Şəffalıq – Gürcüstan”-ın məlumatına görə, şirkətin rusiyalı sahibləri birbaşa olaraq hakim partiyaya pul köçürə bilmədiklərindən, çox güman ki, onlar lazımi icazə almaq üçün şirkətlə əlaqəsi olan Gürcüstan vətəndaşlarından istifadə ediblər.

“Beynəlxalq Şəffalıq – Gürcüstan”(TI)” Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyini öz səlahiyyətləri daxilində məsələni araşdırmağa və qanun pozuntusu aşkar edilərsə, qanuna uyğun hərəkət etməyə çağırır.

Sonrakı yazı
Polşada Gürcüstan vətəndaşı dünyasını dəyişib
Öncəki yazı
Yanvar-mart aylarında Gürcüstana 298 285 nəfər rus daxil olub -DİN