Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib

144

Another advertisement

Ukrayna və Rusiya “115-dən 115-ə” formatında əsir mübadiləsi həyata keçirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Verilən məlumata görə, dəyişdirilən rus hərbçiləri Kursk vilayətində əsir götürülüb. Onların sözlərinə görə, hazırda azad edilən bütün əsgərlər Belarusdadır.

“Rusiya Kursk vilayətində əsir götürülən 115 hərbi qulluqçusunu Ukraynadan geri qaytarıb və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 115 əsiri təhvil verilib. Mübadilədən sonra bütün Rusiya hərbçiləri Belarusdadırlar və orada qohumları ilə əlaqə saxlayacaqlar”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Sonrakı yazı
Litva Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Öncəki yazı
Yol qəzası baş verib, 3 nəfər xəsarət alıb