Fevralın 27-də İstanbulda Rusiya və Amerika diplomatlarının görüşü keçiriləcək.
Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.
Rusiyanın xarici işlər naziri Serqey Lavrovun sözlərinə görə, yüksək səviyyəli diplomatlar Rusiya və ABŞ-dakı səfirliklərin normal fəaliyyətini müzakirə edəcəklər.
“Belə bir görüş sabah İstanbulda keçiriləcək və düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi göstərəcək”, – Sergey Lavrov bildirib.
O bildirib ki, ABŞ-ın əvvəlki administrasiyası Rusiya səfirliyi üçün süni əngəllər yaradıb.
“Yüksək səviyyəli diplomatlarımız və ekspertlərimiz əvvəlki administrasiyanın qanunsuz hərəkətləri nəticəsində toplanmış, Rusiya səfirliyinə süni maneələr yaradan sistemli problemləri öyrənəcəklər. Təbii ki, biz buna cavab verdik və ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti üçün narahatedici şərait yaratdıq”, – Lavrov qeyd edib.