Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazıram- Rəcəb Tayyib Ərdoğan

42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazırdır.

“Türkiyə atəşkəs danışıqlarının təşkili də daxil olmaqla istənilən şəkildə töhfə verməyə hazırdır”, – deyə Ərdoğan bildirib.

O, Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səylərinin “tarixi dönüş nöqtəsinə çatdığını” və bu fürsətdən istifadə edilməli olduğunu bildirib.

Ərdoğan Ukrayna ilə Rusiya arasında sülh danışıqları məsələsi və Ukraynada yenidənqurma prosesləri ilə bağlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonrakı yazı
Yol qəzası baş verdi, yaralanan…
Öncəki yazı
Tbilisidə qətl hadisəsi baş verib