This is a specific ad

Rusiya və İran gömrük rüsumlarını ləğv edir

38

Another advertisement

Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

QafqazTürk.com xəbər verir ki, bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi bildirib.

Onun sözlərinə görə,İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq.

O, belə problemlərin həllinin milli valyutalarda hesablaşmalar, həmçinin azad ticarət və İranın Rusiya, Ermənistan və Belarusla gömrük sərhədlərinin açılması olduğunu izah edib.

Merkazemi həmçinin qeyd edib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Nikol Paşinyan: “Cənubi Qafqazda sülhə ehtiyac var” 
Öncəki yazı
Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin artıb