• 17 Fevral 2025 15:56

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Rusiya və Gürcüstan sərhədində üç mindən çox yük maşını qalıb

ByNiyazi Yusubov

Noy 30, 2023
Another advertisement

Əlverişsiz hava şəraiti ilə əlaqədar Yuxarı Lars keçid məntəqəsində təxminən 3,4 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

QafqazTürk.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki,“yaşıl zona”da 250 avtomobil var və onlar Yuxarı Larsdan 12 saata keçməlidirlər.

Bu gün Rusiya tərəfdən Gürcüstana ümumilikdə 3 380 yük maşınının daxil olacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və temperaturun aşağı olması səbəbindən Gürcüstan-Rusiya sərhədi istiqamətində ağır yük maşınları üçün avtomobillərin hərəkəti qadağan edilib. Aparılan təmizləmə işləri sayəsində artıq qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub.