Another advertisement
Əlverişsiz hava şəraiti ilə əlaqədar Yuxarı Lars keçid məntəqəsində təxminən 3,4 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.
QafqazTürk.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki,“yaşıl zona”da 250 avtomobil var və onlar Yuxarı Larsdan 12 saata keçməlidirlər.
Bu gün Rusiya tərəfdən Gürcüstana ümumilikdə 3 380 yük maşınının daxil olacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və temperaturun aşağı olması səbəbindən Gürcüstan-Rusiya sərhədi istiqamətində ağır yük maşınları üçün avtomobillərin hərəkəti qadağan edilib. Aparılan təmizləmə işləri sayəsində artıq qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub.