Rusiya qüvvələri Ukraynaya hava hücumu həyata keçirib. Ölkənin bütün ərazisində hava həyəcanı elan olunub və Ukrayna ərazisi aerobalistik raketlər ilə atəşə tutulub.
QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayır. Qeyd edilir ki, partlayışlar Xarkov, Poltava, İzyum və Krivnitsk şəhərlərində baş verib
Səhər saat 06:00-a olan məlumata görə, Kiyev şəhər-hərbi administrasiyası sakinlərə dərhal ən yaxın sığınacaqlara keçməyi tövsiyə edib. Hazırda əlavə məlumatlar açıqlanmır.